AZ

Hatayda zəlzələ qurbanlarının yaşadığı konteynerdə yanğın

Hatayda zəlzələ qurbanlarının yaşadığı konteyner şəhərciyində yanğın baş verib. 

Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın gecə saatlarında mərkəzi Antakya rayonunda konteyner şəhərciyində baş verib. 

Sürətlə böyüyən yanğın zəlzələdən zərərçəkmiş ailənin qaldığı konteynerə keçib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.  

Yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
mynews.az

1Mənbələr