AZ

Ermənistan KTMT-dən çıxır - Paşinyandan AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə İrəvanın KTMT-dən çıxacağını və bir daha təşkilata qayıtmayacağını bəyan edib.

Turkustan.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifətçi deputatın sualına cavab olaraq bildirib.

O, vaxtın hələ müəyyən edilmədiyini əlavə edib. Paşinyan əlavə edib ki, hakimiyyət lazım bildiyi zaman Ermənistan KTMT-dən çıxacaq: "Ermənistanın keçmiş hakimiyyəti “köpük ittifaqı”na girdi və sonra məlum oldu ki, bu ittifaq Ermənistanı müdafiə etmir".

"Nə fikirləşirsiniz? Növbəti addım nədir? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, - deyə Ermənistanın baş naziri qeyd edib.

Qeyd edək ki, ötən ay Ermənistan hakimiyyəti KTMT-ni maliyyələşdirməkdən imtina edib, ayın sonunda isə təşkilata daxil olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına öz nümayəndəsini göndərməyib.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) indi Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Belarus daxildir. (modern.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
turkustan.az

10Mənbələr