AZ

Türkiyə Silahlı Qüvvələri İraqda terrorçuları məhv etdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən hərbi əməliyyat nəticəsində İraqın şimalında daha 4 PKK terrorçusu zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə əməliyyatlarını uğurla davam etdirir:

“Son əməliyyatlar çərçivəsində, İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 4 PKK terrorçusu zərərsizləşdirilib. Ölkə ərazisində və digər ərazilərdə terrorla mübarizə tədbirləri davam edir”.


Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
demokrat.az

1Mənbələr