AZ

İranın Türkiyə PUA-larına qarşı PKK-ya raketlər verdiyi ortaya çıxdı- terrorçulara 2 ildə 358 sistem göndərilib...

Image

İranın terror təşkilatı PKK-ya raket dəstəyi verdiyi üzə çıxıb. "Türkiye" qəzeti yazır ki, regional mənbələr İranın PKK-nı kamikadze dronları və PUA-ları hədəf alacaq yer-hava tipli raketlərilə təmin etdiyini bildirib.

Middle East Eye mənbələrə istinadən xəbər verir ki, İran təxminən 2 ildir, PKK-ya hissə-hissə 358 raket sistemi çatdırıb. Raketlərin yığılması isə Süleymaniyyə yaxınlığında aparılır.

Qeyd edilir ki, 358 raket sistemindən Hizbullah və Husilər də daxil olmaqla, bölgədəki digər İrandəstəkli qüvvələri də istifadə edir. İran PKK-ya kamikadze PUA-ları və raketləri ilə yanaşı, Türkiyə İHA-larını aşkar etmək üçün Rusiya istehsalı termal kameralar və geniş bucaqlı müşahidə cihazları da verib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
baki-xeber.com

1Mənbələr