AZ

Rafael Nadal “Uimbldon 2024”də iştirak etməyəcək

“Böyük Dəbilqə”nin 22 qat qalibi, dünyanın keçmiş bir nömrəsi ispan tennisçisi Rafael Nadal iyulun 1-dən 14-dək Londonda (Böyük Britaniya) keçiriləcək “Uimbldon”da iştirak etməyəcək. 

90deqiqe.Az xəbər verir ki, bu barədə keçmiş ispan tennisçisi, dünyanın keçmiş üçüncü raketkası və Rolan Qarros - 2013-ün finalçısı David Ferrer məlumat verib.

Ferrer daha əvvəl Rafael Nadal və Karlos Alkarasın Parisdə (Fransa) keçiriləcək olimpiya oyunlarında cütlüklərdə birlikdə oynayacağını təsdiqləmişdi.

Rafael Nadal ikiqat olimpiya çempionudur. 2008-ci ildə Nadal təklərdə Olimpiadanın qalibi, 2016-cı ildə isə Mark Lopezlə cütlükdə çempion olub. 38 yaşlı Nadal karyerasının dördüncü Olimpiadasında çıxış edəcək. O, 22 dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
90deqiqe.az

1Mənbələr