AZ

Günvurmadan qorunmaq üçün çimərliyə hansı saatlarda gedilməsi məsləhətdir?

"Çimərliyə günün daha sərin saatlarında gedilməsi məsləhətdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim terapevti Günel Sadıqlı bildirib.
Onun sözlərinə görə, yüksək temperatur bədəndə hüceyrə və toxuma zərərinə səbəb ola bilər:
"Yüksək temperaturda, çox isti havada, xüsusən də dəniz kənarı kimi rütubətli şəraitdə uzun müddət qalmaq, isti havalarda kifayət qədər maye qəbul etməməklə yanaşı, dehidratasiyaya (bədənin susuzlaşmasına), yəni bədənin tərləmə yolu ilə itirdiyi mayeni bərpa edə bilməməsinə şəraiti yaradır".
G.Sadıqlı bildirib ki, bütün bunlar günvurma əlamətlərini daha da ağırlaşdıra bilər:
"Çimərliyə getmək üçün ən uyğun vaxt səhər erkən saatlar (6:00 -10:00 arası) və axşam saat 17:00-dan sonradır. Bu saatlar arasında günəş daha az intensivdir və günvurma riski də daha aşağıdır. Bundan əlavə, günəş kremi istifadə etmək (minimum "SPF 30"), baş örtüyü və gözlük taxmaq, bol maye içmək, kölgəli yerlərdə piyada gəzmək və ya dincəlmək, yüngül, nəfəs alan geyimlər geyinmək kimi tədbirlərin görülməsi günvurma və günəşin zərərli təsirlərindən qorunmağa kömək edir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
oxu.az

1Mənbələr