AZ

“Qurtuluşdan Böyük Qayıdışa”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının həm strateji, həm də ümummilli baxımdan tariximizin şərəfli səhifəsi olduğunu deyiblər.
Qeyd olunub ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, Ümummilli Liderin ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova, YAP Qusar rayon təşkilatının könüllüsü Svetlana Mirzəyeva, Heydər Əliyev haqqında “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika üzrə ikincisi, Qusar şəhər 6 saylı tam orta məktəbin şagirdi Əkbər Yuniszadə Ümummili Lider Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını və heç vaxt unudulmayacağını söyləyiblər.
Sonra partiya sıralarına yeni qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
sesqazeti.az

1Mənbələr