AZ

Rusiyanın Türkiyəni Qafqazdan çıxarmağa gücü çatmır - Trenin

Rusiya Cənubi Qafqazdakı siyasi və iqtisadi reallıqları nəzərə alır. Onun Türkiyəni buradan çıxarmağa gücü çatmır.

Bakupost.az news.am-a istinadla xəbər verir ki, bunu iyunun 12-də Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru Dmitri Trenin deyib.

“Rusiya imperiya deyil, biz imperiya dövründən çıxmışıq, Rusiya ilə Türkiyə arasında Zaqafqaziya uğrunda mübarizə yoxdur. Rusiyanın Türkiyə ilə münasibətləri sadə deyil. Bu münasibətlər əməkdaşlıq və qarşılıqlı əlaqə elementlərini rəqabət elementləri ilə birləşdirir. Xoşbəxtlikdən hələ ki, bu, düşmənçilik münasibətləri deyil.

Rusiya da Türkiyə kimi hər vəchlə düşmənçilikdən qaçmağa çalışır. Bu gün Türkiyə ilə bağlı heç kimin illüziyası yoxdur. Amma bu ölkə hazırda Rusiya üçün çox mühüm müttəfiqdir.

Rusiya Qarabağ münaqişəsi ilə bağlı 2020-ci ildəki çətin situasiya zamanı dördtərəfli deyil, üçtərəfli bəyanata nail olmağa və Rusiya-Türkiyə missiyası çərçivəsində Türkiyənin orada formal hərbi mövcudluğuna razılıq verməyə çalışdı və qismən də buna nail oldu".

Onda təbii ki, Türkiyəyə damğa vurmaq mümkün idi. Ancaq Rusiyanın xarici siyasəti bundan nə qazanacaqdı? Daha bir cəbhə?", - Trenin deyib.

O qeyd edib, bu gün Moskva bir vaxtlar Rusiya İmperiyasının Osmanlı İmperiyası ilə münasibətlərində olduğundan daha az resurslara, eləcə də SSRİ-nin malik olduğundan daha az resurlara malikdir:

"Rusiya Türkiyənin təsirinin artması ilə razılaşmır. O, bunu sadəcə olaraq geosiyasi reallıq kimi görür. Rusiya Federasiyasının gələcəyi xüsusi hərbi əməliyyatın necə, nə vaxt, hansı nəticə ilə başa çatacağından asılı olacaq.

Əgər Rusiya qələbə qazanarsa, o zaman tamam başqa vəziyyət yaranacaq. Moskva başqa istiqamətlərdə daha fəal hərəkət edəcək və Türkiyə bunu bilir. Ankara Ukrayna müharibəsi ilə bağlı öz mövqeyini müəyyən edib və bu, rusiyayönlü mövqe deyil", - Trenin vurğulayıb.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
bakupost.az

3Mənbələr