AZ

"Araz Saatlı"nın baş məşqçisi: "Döyüşün ilk raundunu uduzmuşuq"

"İlk görüşə yaxşı hazırlaşmışdıq. Futbolçularımda ruh yüksəkliyi ilə matçı çıxmışdı. Sadəcə, bəxt bizim tərəfimizdə olmadı. İki səhvə yol verdik, rəqibdə bundan maksimum istifadə etdi. Qol vurmaq üçün yaxşı şanslar yaxaladıq. Təəssüf ki, qapı tiri bizi vacib qollardan məhrum etdi". Bu sözləri Sport24.az açıqlamasında "Araz Saatlı"nın baş məşqçi Şəhriyar Məmmədov deyib.
Mütəxəssis "ASCO Arena"da baş tutan ilk qarşılaşmada meydanda ən fəalllardan biri olan Şequn Ezekiyel Omotoşo barədə də danışıb: "Omotoşo yaxşı futbolçudu. Onda özünəinam yaratmışıq. Birinci görüşdə nigeriyalını fərqli mövqedə oynatdıq. Əvvəlcə sağ cinah vingeri, sonra isə pleymeyler kimi. Heyif ki, onun reydləri, texnikası komandaya yetərli olmadı". 
"Araz Saatlı"nın baş məşqçisi ilk oyunda məğlub olmalarına baxmayaraq, cavab qarşılaşması ərəfəsində nikbin olduğunu, cütün taleyinin Saatlıda həll olunacağını vurğulayıb: "Döyüşün ilk raundunu uduzmuşuq. Amma hələ heç nə bitməyib. Həlledici matç qarşıdadı. Sona qədər döyüşəcəyik. Odur ki, heç kim düşünməsin ki, ilk qarşılaşmadan sonra təslim olmuşuq". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
sport24.az

1Mənbələr