AZ

Cəlilabadda qəza - Xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. 

Belə ki, Təbriz Həsənovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Ramin Şükürovun idarə etdiyi "VAZ 2106" toqquşub. Qəza zamanı hər iki sürücü xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
33
unikal.az

10Mənbələr