AZ

Belarus xüsusi nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan ETDİ

Rusiya Federasiyası ilə qeyri-strateji nüvə qüvvələri ilə birgə təlimlər göstərdi ki, Belarus Silahlı Qüvvələri xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko deyib.

“Bu cür təlim və qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı mühüm məsələlərin hazırlanması bizim hazırlığımızı və imkanlarımızı artırmağın yollarından biridir.

Nəticələri yekunlaşdıracağıq, amma indi əminliklə deyə bilərəm: Belarus Silahlı Qüvvələrinin bölmələri xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır”, - deyə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirir.

Turan İSMAYIL

Seçilən
117
32
redaktor.az

10Mənbələr