AZ

Aİ-92 markalı benzinin standartlarının yüksəlməsi Azərbaycanın "yaşıl" gələcəyinə mühüm investisiyadır

Bakı. Trend:

Son illərdə Azərbaycan özünün neft emalı sənayesininmodernizasiyası üzrə tədbirləri fəal şəkildə həyata keçirir ki,"yaşıl" keçidə doğru qlobal səylər kontekstində xüsusən vacibdir.Lakin bu səylərə baxmayaraq, Aİ-92 markalı benzin və dizel yanacağıbazarda üstünlük təşkil etməkdə davam edir ki, bu da ölkəninekolojiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə ləngidir.İstehlakçıları daha ekoloji yanacaq növlərinə keçid etməkdənçəkindirən əsas amillərdən biri də Aİ-92 markalı benzinin nisbətənaşağı keyfiyyəti səbəbindən qiymətinin əlçatan olmasıdır.

Aİ-92 markalı benzin və dizel yanacağının istifadəsi ətrafmühitə ciddi mənfi təsir göstərir. Bu yanacaq növləri yandırıldıqdaazot oksidləri (NOx), karbohidrogenlər (HC) və bərk xırdahissəciklər (PM) kimi çoxlu miqdarda zərərli maddələr buraxır ki,bu da havanın çirklənməsinə səbəb olur və əhalinin sağlamlığınamənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)məlumatına görə, havanın çirklənməsi hər il 4 milyondan çox insanınerkən ölümünə səbəb olur. Xüsusən dizel yanacağı ağciyərlərə vəhətta qan axınına dərindən nüfuz edərək, ürək-damar və tənəffüsyolu xəstəliklərinə səbəb olan bərk xırda hissəciklərin əsasmənbəyidir.

Eyni zamanda, Aİ-95 markalı benzin Aİ-92 ilə müqayisədə bir sıraüstünlüklərə malikdir. Onun tərkibində qarışıqlar daha azdır vəoktan sayı daha yüksəkdir ki, bu da yanacağın daha tam və səmərəliyanmasına kömək edir. Bu isə öz növbəsində atmosferə buraxılanzərərli tullantıların azalmasına səbəb olur. Tədqiqatlar göstərirki, Aİ-95 benzininin istifadəsi Aİ-92 ilə müqayisədə karbon qazı(CO2) emissiyalarını 10-15 faiz, həmçinin, NOx və HC emissiyalarını5-10 faiz azalda bilər.

Qeyd etmək lazımdır ki, 2024-cü il iyunun sonunadək HeydərƏliyev adına Bakı Neft Emalı Zavodu Avro-5 ekoloji standartınauyğun avtomobil benzini istehsalına başlayacaq ki, bu da yanacağınkeyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımdır. Zavodartıq 2023-cü ilin may ayında Avro-5 standartına uyğun dizelyanacağının istehsalına başlayıb. Daha yüksək ekoloji standartlarabu keçid zərərli maddələrin emissiyalarının əhəmiyyətli dərəcədəazalmasına səbəb olacaq.

Bununla yanaşı, Aİ-92 markalı benzinin keyfiyyətinin vəqiymətinin artırılması ekoloji vəziyyəti yaxşılaşdırmaq vəavtomobil yanacağından istifadənin səmərəliliyini artırmaq istəyənbir çox ölkələr üçün aktual mövzudur.

Almaniya yanacağın keyfiyyətinin yaxşılaşdırılması üzrəproqramları aktiv şəkildə həyata keçirən ilk Avropa ölkələrindənbiridir. Avropa standartları çərçivəsində Almaniyada benzin artəqçoxdan yüksək oktanlı yanacaq növlərindən istifadəni nəzərdə tutanAvro-5 və Avro-6 standartlarına uyğundur. 2011-ci ildə Almaniyatərkibində karbon dioksid emissiyalarını azaldan 10% bioetanol olanE10 benzinini fəal şəkildə təşviq etməyə başladı.

ABŞ-də də benzinin keyfiyyətinin yaxşılaşdırılması və aşağıoktanlı yanacaqlardan imtina prosesi inkişaf edib. 2007-ci ildə ABŞKonqresi bioyanacaqdan istifadəni təşviq edən Bərpa olunan yanacaqnövləri haqqında Qanun (Renewable Fuel Standard) qəbul etdi.Yaponiya yüksək oktanlı benzin növlərinin istifadəsini fəal şəkildətəşviq edir. Ölkədə uzun müddətdir ki, oktan dərəcəsi 95-dən aşağıolan benzindən istifadə olunmur. Yaponiya karbon emissiyalarınıazaltmaq strategiyası çərçivəsində həmçinin hibrid və elektromobiltexnologiyalarını inkişaf etdirir.

Çin dünyada avtomobil yanacağının ən böyük istehlakçılarındanbiridir. Son illərdə ölkə yanacağın keyfiyyətini yaxşılaşdırmaqlazərərli emissiyaların azaldılması istiqamətində aktiv şəkildəçalışır. 2017-ci ildə Çin Avropanın Avro 5 və Avro 6 standartlarınaekvivalent olan yeni yanacaq keyfiyyət standartlarını tətbiqetdi.

Bu nümunələr müxtəlif ölkələrin benzinin keyfiyyətininyaxşılaşdırılması və aşağı oktanlı yanacaq növlərindən imtinaməsələlərinə necə yanaşdığını göstərir. Bunlar həm qanunvericiliktədbirləri, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına vəavtomobil yanacağından istifadənin səmərəliliyinin artırılmasınayönəlmiş bazar stimullarıdır.

Əlbəttə, ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlər dəyanacaq bazarlarına təsir göstərir. Beləliklə, "Fitch Solutions"yaxın illərdə benzin qiymətlərinə cüzi artırıcı təzyiqin olacağınıproqnozlaşdırır. Bu, yüksək keyfiyyət standartları və ekolojinormalarla əlaqədar xərclərin artrması ilə izah olunur. Lakin butəsir yanacaq səmərəliliyi sahəsində irəliləyiş və elektrikavtomobillərinə tədricən keçidlə yumşalacaq ki, bu da ümumi tələbartımını ləngidə bilər.

"BMI Research" benzinin qiymətlərinin bölgədən asılı olaraqəhəmiyyətli dərəcədə fərqlənəcəyini vurğulayır. İnkişaf etmişbazarlarda ciddi ekoloji normalar və daha yüksək istehsal xərclərisəbəbindən daha yüksək qiymətlər müşahidə oluna bilər, inkişafetməkdə olan bazarlarda isədaha ləng qiymət artımı müşahidə olunabilər, belə ki, bu iqtisadi artımı yanacağın əlçatanlığı iləbalanslaşdırır.

Beləliklə, benzinin qiymətinin dünya üzrə nisbətən sabitqalacağı gözlənilsə də, regional fərqlər və konkret bazar şərtləriqiymət tendensiyalarının dəyişməsi ilə nəticələnəcək. Əsas amillərəxam neft qiymətləri, qanunvericilikdə dəyişikliklər, texnolojinailiyyətlər və alternativ enerji mənbələrinə davam edən keçiddaxildir.

Hazırda dünyada elektromobillərə keçid prosesi sürətlənir ki, buda ekoloji cəhətdən təmiz yanacağa keçidin mühüm elementidir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə əsasən,2024-cü ildə dünyada elektromobil satışları 17 milyon ədəd olabilər, 2023-cü ildə isə dünyada 14 milyon elektromobil satılıb(2022-ci illə müqayisədə 35 faiz artım).

"2020-ci ilə qədər Çin yollarında hər üçüncü avtomobil, ABŞ vəAİ-də isə hər beşinci avtomobil elektriklə işləyəcək", - IEA beləhesab edir.

Qeyd olunur ki, rəqabət və innovasiyalar dünyadaelektromobillərin qiymətinin ucuzlaşmasına səbəb olacaq ki, onlarınsatışlarını artıracaq. Elektromobillər üçün enerji doldurmacihazlarına gəlincə, 2023-cü ildə dünyada onların istehsalı 2022-ciillə müqayisədə 40 faiz artıb, IEA-nın proqnozlarına görə isə2035-ci ilədək dünyada 2023-cü illə müqayisədə altı dəfə çox enerjidoldurma stansiyaları olacaq.

Azərbaycanda bir neçə ildir ki, ətraf mühitə zərər verməyən,yəni elektrik ötürücülü və ya hibrid mühərrikli avtomobillərdənistifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirilir. Bucür avtomobillərə, eləcə də, onlar üçün enerji doldurma cihazlarınavergi və gömrük güzəştləri şamil olunur. Bu, ölkəyə bu cüravtomobillərin idxalının artmasına səbəb olub və olacaq.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarınagörə, cari ilin yanvar-aprel aylarında elektrik mühərriklinəqliyyat vasitələrinin idxalı ötən ilin müvafiq dövründəki 568ədədlə müqayisədə 1012 ədəd təşkil edib ki, bu da 1,8 dəfə artımdeməkdir.

Hibrid avtomobillərin idxalı ötən ilin eyni dövründəki 4474ədədlə müqayisədə 14 faizdən çox artım nümayiş etdirərək 5111 ədədolub. 2023-cü ilin yekunlarına görə, hibrid avtomobillərin vəelektromobillərin idxalı müvafiq olaraq 3102 və 14098 ədəd təşkiletdiyi halda, 2022-ci ildə bu rəqəmlər 486 və 11337 ədəd olub.

Bu müsbət tendensiya davam edərsə, yaxın illərdə ölkəninnəqliyyat parkında elektromobillərin payı əhəmiyyətli dərəcədəartacaq.

Elektromobillərin sayının artmasına paralel olaraq daha çoxenerji doldurma stansiyaları yaradılır.

Prezident İlham Əliyev bu ilin martında elektromobillərdənistifadənin təşviqi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğunolaraq, "Azərişıq" ASC bu istiqamətdə işləri davam etdirir. COP29paytaxtda və ölkənin bölgələrində sabit elektrik enerjisi ilə təminolunan enerji doldurma məntəqələrinin zəruri infrastrukturuyaradılır.

Enerji doldurma stansiyaları "yaşıl" enerji ilə işləyir."Azərişıq" ASC tərəfindən quraşdırılan yüksək quraşdırılmış gücə vəsürətə malik, qısa müddət ərzində elektromobilləri sabit cərəyanlakeyfiyyətli elektrik enerjisi ilə doldurur.

Bu ilin mart-may aylarında paytaxt ərazisində "Azərişıq" ASC-ninTədris və İnnovasiyalar Mərkəzində, "İçərişəhər"yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdəkan yoluüzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırmaişləri başa çatıb.

Regionlardan Qəbələdə 110/35/10 kV-luq "Hacıalılı"yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-cikilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə -Zəngilan və Cəbrayıl elektrik şəbəkələrinin rəqəmsal idarəetməmərkəzlərində, "Xocalı" və "Şuşa-1" yarımstansiyalarında, "Füzuli"rəqəmsal yarımstansiyasında, həmçinin "Hadrut" qovşaqyarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra dahəm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.

2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişAzərbaycanda alternativ enerji mənbələrinin inkişafı istiqamətindəciddi addımlar atılır. "Yaşıl" enerji zonasına çevriləcək Qarabağvə Şərqi Zəngəzurda enerji doldurma stansiyalarının quraşdırılmasıbu layihələrin davamıdır. Alternativ enerji mənbələrindən istifadəvə elektromobillərə marağın daima artması Azərbaycanın, xüsusən dəQarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsirgöstərəcək.

Aİ-92 markalı benzinindən istifadə mövzusuna qayıdaraq qeydetmək lazımdır ki, Azərbaycanda uğurlu "yaşıl" keçidi gücləndirməküçün bu yanacaq növünün keyfiyyətini artırmaq lazımdır. Bu, Aİ-95kimi daha təmiz yanacaq növlərinə keçidi təşviq edəcək və havanınçirklənməsini əhəmiyyətli dərəcədə azaldacaq.

29 aprel 2024-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanbenzinin qiymətinin ən münasib olduğu ölkələr sırasında yer alıb."Global Petrol Prices" portalının məlumatına görə, Azərbaycandabenzinin qiyməti 1 litr üçün 0,588 dollar təşkil edir. AzərbaycanınLiviya, Venesuela, Misir və digər ölkələrlə yanaşı, ən ucuz benzinəmalik ölkələr sırasına daxil olması yanacağın keyfiyyətininyaxşılaşdırılması üçün bu iqtisadi imkandan istifadənin vacibliyinivurğulayır.

Digər ölkələrin nümunələri göstərir ki, yanacağın keyfiyyətstandartlarının artırılması qiymətlərdə müəyyən artımlara səbəb olabilər. Misal üçün, Almaniyada Avro 5 və Avro 6 standartlarınıntətbiqi benzinin qiymətinin artması ilə müşayiət olundu, lakin buhəm də ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına köməketdi. Norveç və İsveçdə analoji tədbirlər qiymətlərin artmasınasəbəb oldu, lakin həm də zərərli emissiyaların azalması vəalternativ enerji mənbələrindən istifadənin təşviqi ilənəticələndi.

Azərbaycanda benzinin keyfiyyətinə dair daha ciddi standartlarıntətbiqi ilkin olaraq xərclərin artmasına səbəb olsa da,uzunmüddətli iqtisadi və ekoloji faydalarla nəticələnə bilər. Bustrateji dəyişiklik təkcə havanın keyfiyyətinin və əhalininsağlamlığının yaxşılaşdırılmasına kömək etməyəcək, həm də dahadayanıqlı və təmiz enerji mənbələrinə keçidi sürətləndirəcək ki, buda karbon emissiyalarının azaldılması üzrə qlobal tendensiya vəöhdəliklərə uyğundur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
az.trend.az

3Mənbələr