İki gündən sonra bütün Avropanın diqqəti Almaniyada keçiriləcək AVRO-2024-ə yönələcək. Qitə çempionatını səbirsizliklə gözləyən azarkeşlər, futbol mütəxəssisləri və bu idman növü ilə bağlı olanlar da yarış öncəsi öz favoritlərini müəyyənləşdiriblər.
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların baş məşqçiləri də istisna deyil. Hazırda iş başında olan mütəxəssislər İdman.bizə öz favoritlərini və azarkeşlik edəcəkləri milliləri açıqlayıblar.
“Neftçi”, “Şamaxı” və “Turan Tovuz” baş məşqçi axtarışında olduğundan 7 mütəxəssis proqnozunu bildirib.
Baş məşqçi (klub) | Azarkeşlik edəcəyi komanda | Favorit hesab etdiyi komanda |
Qurban Qurbanov (“Qarabağ”) | Türkiyə | İspaniya |
Rəşad Sadıqov (“Zirə”) | Türkiyə | Fransa, Almaniya |
Samir Abasov (“Sumqayıt”) | Ukrayna və Xorvatiya | - |
Şahin Diniyev (“Səbail”) | Türkiyə və İspaniya | İspaniya, Almaniya, İngiltərə, Fransa |
Krunoslav Renduliç (“Sabah”) | Xorvatiya və Portuqaliya | Fransa, Almaniya, İspaniya, Portuqaliya |
Adil Şükürov (“Kəpəz”) | Türkiyə | Almaniya, İspaniya |
Elmar Baxşıyev (“Araz-Naxçıvan”) | Portuqaliya | Fransa |
Banuçiçək Hüseynli
İdman.biz