AZ

AVRO-2024: Klublarımızın baş məşqçilərinin favoritləri və azarkeşlik edəcəyi millilər - SORĞU

İki gündən sonra bütün Avropanın diqqəti Almaniyada keçiriləcək AVRO-2024-ə yönələcək. Qitə çempionatını səbirsizliklə gözləyən azarkeşlər, futbol mütəxəssisləri və bu idman növü ilə bağlı olanlar da yarış öncəsi öz favoritlərini müəyyənləşdiriblər.

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların baş məşqçiləri də istisna deyil. Hazırda iş başında olan mütəxəssislər İdman.bizə öz favoritlərini və azarkeşlik edəcəkləri milliləri açıqlayıblar.

“Neftçi”, “Şamaxı” və “Turan Tovuz” baş məşqçi axtarışında olduğundan 7 mütəxəssis proqnozunu bildirib.

Baş məşqçi (klub)

Azarkeşlik edəcəyi komanda

Favorit hesab etdiyi komanda

Qurban Qurbanov (“Qarabağ”)

Türkiyə

İspaniya

Rəşad Sadıqov (“Zirə”)

Türkiyə

Fransa, Almaniya

Samir Abasov (“Sumqayıt”)

Ukrayna və Xorvatiya

-

Şahin Diniyev (“Səbail”)

Türkiyə və İspaniya

İspaniya, Almaniya, İngiltərə, Fransa

Krunoslav Renduliç (“Sabah”)

Xorvatiya və Portuqaliya

Fransa, Almaniya, İspaniya, Portuqaliya

Adil Şükürov (“Kəpəz”)

Türkiyə

Almaniya, İspaniya

Elmar Baxşıyev (“Araz-Naxçıvan”)

Portuqaliya

Fransa

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
idman.biz

2Mənbələr