AZ

Orban NATO-nun Ukraynadakı missiyasına qarşı çıxıb

Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin Alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün bunun qarşısını ala bilmir. "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orqan təşkilatın baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Orban Stoltenberqə məlumat verib ki, Budapeşt Şimali Atlantika Alyansının üzv dövlətlərin ərazisindən kənarda hərbi əməliyyatlarında iştirak etməmək niyyətindədir. Macarıstanın baş naziri vurğulayıb ki, bu, xüsusən də Ukraynaya aiddir.

Stoltenberq Macarıstanın digər ölkələrə qarşı müttəfiqlik hərəkətlərində iştirak etməməsi məsələsini müzakirə etmək üçün Budapeştə gəlib. Orbanın qeyd etdiyi kimi, döyüş elə aparılmalıdır ki, ölkə Macarıstan ərazisindən kənarda digər ölkələrə qarşı həyata keçirmək istəyən bütün hərəkətlərdən kənarda qala bilsin.


Havar Şəfiyeva


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr