AZ

Yüzlərlə polis Ermənistan parlamentini mühasirəyə alıb –PAŞİNYAN DA BİNADADIR

Ermənistan parlamentinin binasına yüzlərlə polis gətirilib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək aksiyaya mane olmaq üçün cəlb ediliblər.

 

Polis parlament binasına tikanlı məftil də gətirib. N.Paşinyan hazırda parlamentdədir. Onun “Hökumət saatı”nda iştirak edəcəyi gözlənilir.


Yeri gəlmişkən, baş nazir parlamentin həyətində jurnalistlərə polis qüvvələrinin Dəmirçyan küçəsində cəmləşməsini şərh edib: "Ermənistanın istənilən dövlət orqanı qanunla ona həvalə edilmiş funksiyaları yerinə yetirməlidir".

 

Onun sözlərinə görə, polis parlamentin normal fəaliyyətini və vətəndaşların təhlükəsizliyini təmin etməlidir: “O cümlədən, bu, dinc mitinq iştirakçılarına və ya mitinqin dinc iştirakçılarına da aiddir”. 

Onu da qeyd edək ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını qanunvericiliyin tələblərinə riayət etməyə və ictimai asayişin pozulmasına yol verməməyə çağırıb.

 

Bildirilib ki, istənilən qanun pozuntusunun qarşısı bütün qanuni üsullardan istifadə edilməklə alınacaq.

 

Senzor.az


Seçilən
138
senzor.az

1Mənbələr