AZ

Rusiyadan Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı xəbərlərə REAKSİYA

"Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı məlumatlar şayiələrdir".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Departament qeyd edib ki, bu cür şayiələr Gürcüstanın müxtəlif müxalifət resursları tərəfindən yayılır.
"Gürcüstan müxalifət resurslarının tirajladığı müxtəlif yalan xəbərləri şərh etməyin mənası yoxdur", - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, Gürcüstanın "Mtavari" telekanalı Rusiya və Gürcüstan hökumətlərinin diplomatik münasibətlərin bərpası üçün fəal işə başladığını bəyan edib. Portal, həmçinin, iddia edib ki, tərəflər hazırda Moskvada səfirlik açmaq barədə razılığa gəliblər və bunun üçün artıq işçilərin işə qəbulu aparılır.
Xatırladaq ki, Gürcüstan Moskva ilə diplomatik münasibətləri 2008-ci ildə kəsib.
Mənbə: RİA Novosti
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
oxu.az

1Mənbələr