AZ

Paşinyan: “Əgər erməni xalqı hakimiyyət dəyişikliyini istəsə...”

Paşinyan:

“Müxalifət parlamentdə fərqli bir şey, yeni bir mesaj təqdim etdi. Anladığım qədər, mesajlarını qəbul etmədilər, çünki mənə dedilər ki, komissiyada əsas müzakirə zamanı bir nəfər də müxalifətçi deputat olmayıb.

Müxalifətin bəyanatlarına gəlincə, bu gün səhərdən zaldayam və müxalifətin nəsə dediyini eşitməmişəm. Əsasən büdcənin icrası müzakirə olunub”.

Reyting.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərin “Etirazçılar hökumətin dəyişdirilməsini və baş nazirin istefasını tələb edirlər”,- sualına cavanında deyib.

Baş nazir əvvəllər bu suallara cavab verdiyindən yeni bir söz olmadığını qeyd edib.

Müxalifətin istefa tələbindən danışan Paşinyan bildirib ki, erməni xalqı hökumət dəyişikliyini istəsə, bunu edəcəklər.

Baş nazir, çox sayda polis qüvvəsinin parlament bunasının ərazisində cəmləşməsinin səbəbinə də toxunub: “Bu, Milli Məclisin normal işləməsini, habelə vətəndaşların təhlükəsizliyini təmin etmək lazımdır”.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
reyting.az

1Mənbələr