AZ

İnfrastrukturŞərqi Zəngəzurdakı yataqlara sahibkarlar 35 sifariş təqdim edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzinin bu gün Zəngəzur iqtisadi rayonunda hərraca çıxardığı faydalı qazıntı yataqlarına sahibkarlar 35 sifariş təqdim edib.

"Far.Az" Zəngilan rayonunun Ağalı kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Xidmətinin nümayəndəsi Azər Sadıqov bildirib.

Onun sözlərinə görə, Laçın rayonundakı "Əhmədli" mişar daşı yatağına 7 lot üzrə 23 sifariş, Qubadlı rayonundakı "Hacılı" əhəng daşı yatağına isə 3 lot üzrə 12 sifariş qəbul olunub.

"Ümumiyyətlə bu hərraclar sahibkarların böyük marağına səbəb olur. Belə ki, quruculuq işlərinə görə faydalı qazıntı yataqlarının istismarına, tikinti materiallarının istehsalına maraq böyükdür. Tikinti materiallarının daşınma xərcinin az olması da bu yataqlara maraq yaradan amillərdəndir. Bu yataqların istismara verilməsi yeni iş yerlərinin açılmasına töhfədir. Biz ümid edirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə yenə hərraclar təşkil olunacaq", - deyə A.Sadıqov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
far.az

1Mənbələr