AZ

“Mançester Siti”nin keçmiş futbolçusu “Barselona”ya təklif olunub

“Barselona” “Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luisin agentindən təklif alıb.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqada çıxış edən braziliyalı futbolçunun təmsilçiləri “Barselona” ilə əlaqə saxlayıblar.



“Aston Villa” 26 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avroluq təzminat tələb edir. “Barselona” çətin ki, bu təzminatı ödəyə bilsin. Kataloniya təmsilçisinin maliyyə problemləri var.



“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi olan Luis, çox güman ki, mövsümlərarası fasilədə “Aston Villa”nı tərk edəcək. Bu günə qədər “Yuventus” futbolçuya ən çox maraq göstərirdi. Lakin onun bu klubla müqaviləsinin baş tutma ehtimalı azdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona Duqlas Luis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
komanda.az

1Mənbələr