AZ

Küveytdə bina yandı, 50 nəfər öldü

Küveytin Manqaf şəhərində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 50-dən çox adam ölüb.

Yenisabah.az xəbər verir ki, onların aralarında Hindistan vətəndaşları da var.

Küveyt Daxili İşlər Nazirliyinin rəhbəri Şeyx Fəhad əl-Yusif əs-Sabahın sözlərinə görə, yanğına görə məsuliyyəti binanın sahibi, kommunal xidmət işçiləri və binada fəhlələri yerləşdirən şirkət daşıyır.

Binanın sahibi saxlanılıb.

Hindistan səfiri hadisə yerinə gəldiyini yazıb. Ölkənin özündə də yaxınlarının yaxınlarının taleyindən xəbər tuta biləcəyi qaynar xətt açılıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
yenisabah.az

2Mənbələr