AZ

Oğlu həbs olunan Xızı sakini şikayətinə baxılmadığını iddia edir – DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Xızı rayon sakini Məmmədov Valeh Heydər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət müraciət edir:

“Hörmətli nazir!

20 aprel 2024-ci ildə şikayət ərizəsi ilə sizə müraciət edərək, oğlum Məmmədov Xəqaninin qanunsuz və əsassız olaraq həbs edildiyi haqda məlumat vermişdim.

Bir gün görüş zamanı oğlum mənə dedi ki, Ağayev İsrafildə (dostunda) 25 000 (iyirmi beş min) manat pulum var, alarsan. Mən isə oğlum Xəqaninin kirvəsi Ruslanla əlaqə saxladım və məni İsrafillə görüşdürməsini xahiş etdim. Ruslan, mən və İsrafil Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Ocaq” restoranında görüşdük.  Oğlumun dediklərini İsrafilə çatdırdım və pulu tələb etdim. Həmin vaxt o, həqiqətən də Xəqaninin satdığı torpağın pulundan 5000 (beş min) manat aldığını və 20 000 (iyirmi min) də borca götürdüyünü bildirdi.  Maklerə də Xəqaninin 10 000 (on min) manat verdiyini dedi. Mən bildirdim ki, pulu qaytarmaq lazımdır, uşağı xəstə, özü də türmədə çətinlikdədir. Bu zaman İsrafil pulu qaytarmayacağını bildirdi. Dedi ki,  torpağın sənədi saxta olub, məni incidirlər, torpaq alan pulunu istəyir.

Həmin vaxt ona bildirdim ki, maklerə verilən və sənin götürdüyün pullar geri qayıtmalıdır. İsrafil bütün təkliflərimi tamamilə rədd edərək, tez-tez dövlətimizin bugünkü inkişafında, hörmətli Prezidentimiz Müzəvvər Ali Baş komandanımız İlham Əliyevin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz xidmətləri olan Bəylər Əyyubovla yaxın qohum olduğunu bildirərək, mənə təzyiq göstərirdi.

Bir həftə sonra təkrar onunla görüşmək istədim və yenidən “Ocaq” restoranında görüşdük. İsrafil görüşə tanımadığım iki nəfər adamla gəlmişdi, guya onların biri makler idi. Maklerdən soruşdum ki, sənə Xəqani nə qədər pul verib? Bildirdi ki, 2000 (iki min) manat verib.  Bu zaman İsrafilə dedim ki, burada da fırıldaq yolla Xəqanidən 8000 (səkkiz min) manat pul mənimsəmisən. Yenədə sonra söhbətimiz alınmadı və pulu verməyəcəyini bildirdi.

Mən, İsrafilin bu ərköyün hərəkətləri haqqında hörmətli nazirimiz Vilayət Eyvazova, yəni Sizə teleqramla müraciət etdim. Siz də öz mövqeyinizi ortaya qoyaraq, polis özbaşınalığının araşdırılması üçün “daxili təhqiqat”a şikayətimə baxılmasına dair göstəriş verdiniz. Dərhal işə baxıldı və polis mayoru Elşən müəllim mənim və Xəqaninin izahatını aldı. Əlimdə olan səs yazısını da Elşən müəllimə təqdim etdim.

04 iyun 2024-cü il tarixdə Xəqaninin kirvəsi Ruslan mənə zəng edib bildirdi ki, İsrafillə sizə gəlmək istəyirik. Bildirdim ki, nə vaxt gəlsən gözüm üstündə yerin var. Gecə gəldilər, həyətdə oturub çay içdik və yenə İsrafil pulu olmadığı üçün qaytarmayacağını bildirdi. Ruslan isə iki ay vaxt verməyimi istədi. İsrafil isə iki ay yox, iyirmi gün vaxt istədi. Mənə dedilər ki, gedib ərizəni geri götürmək lazımdı. Lakin yalan olduğunu başa düşüb, ərizəmi geri götürmədim. 

Bu məsələdən sonra mən hörmətli ağsaqqalımız Bəylər Əyubova da teleqram vasitəsilə müraciət etdim ki, İsrafil polis adına layiq olmayaraq harda gəldi adınızdan istifadə edir, oturduğu adamları qorxu içində saxlamaqla pullarını mənimsəyir.

Hörmətli Nazir!

Mən bir ata kimi sizdən xahiş edirəm ki, şikayətimin araşdırılması ilə bağlı göstəriş verəsiniz. Oğlumun 3 uşağı var, onlardan biri yataq xəstəsidir. Xahiş edirəm, tapşırıq verəsiniz, pulumuzu qaytarsınlar”.

Jalə FAMİLQIZI

P.S. Məsələ ilə bağlı yazıda adı çəkilən polis mayoru Elşad müəllimlə və Ağayev İsrafillə əlaqə saxlaya bilmədik. Qarşı tərəfilərin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
hurriyyet.az

1Mənbələr