AZ

Əmək münasibətlərinin tənzimlənməsinə dair yeni kitab

Əmək Məcəlləsi və əlaqəli qanunvericilik aktları ilə tənzimlənən münasibətləri və halları əhatə edən “Əməyin uçotu: A-dan Z-yə” kitabının IV nəşri çapdan çıxıb. “vergiler.az” xəbər verir ki, təkmilləşdirilmiş yeni nəşr vergi uçotu və əmək münasibətləri sahəsində bir çox populyar kitabın müəllifi olan Anar Bayramovun əmək münasibətləri sahəsindəki uzunmüddətli axtarışlarının, dərin təhlillərinin və zəngin təcrübəsinin sayəsində ərsəyə gəlib.

Kitabın hazırda satışda olan oxşar nəşrlərdən əsas fərqi onun bitkin olması, bir və ya bir neçə mövzu üzrə məhdudlaşmamasıdır. Nəşrin digər bir üstünlüyü mövzulara izahatlar verilərkən, yeni yanaşmalarla yanaşı, alternativ şərhlərin nəzərdən keçirilməsi, açıqlamaların əsaslandırılmış olması, ziddiyyətli məsələlərlə bağlı rəsmi qurumların mövqeyinin öyrənilməsi, əmək mübahisələri ilə bağlı maraqlı məhkəmə işlərindən nümunə kimi istifadə edilməsi, boşluq kimi dəyərləndirilən məqamlarla bağlı həm milli, həm də Azərbaycan Respublikasının qəbul etdiyi (qoşulduğu) beynəlxalq qanunvericiliyə əsasən dərin, hərtərəfli araşdırmaların aparılmasıdır.

Kitabda iş vaxtı rejimləri, iş vaxtının cəmlənmiş uçotu və çoxnövbəli iş rejimi, natamam və qısaldılmış iş vaxtı, istirahət və nahar fasiləsi, iş vaxtından əlavə işlərin görülməsi, işçinin istirahət və bayram günlərində işə cəlb olunması, işçilərin attestasiyası və əməyin mühafizəsi, fərdi əmək mübahisələri, əməkhaqqının növləri, hesablanması, işçilərə ödəmələrdən bütün növ icbari tutulmalar (gəlir vergisi, sosial sığorta ayırması, icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqqı, həmkarlar təşkilatına üzvlük haqqı) kimi vacib məqamlar yer alıb. Eləcə də müddətli və müddətsiz əmək müqavilələrinin bağlanılması və xitam verilməsi şərtləri və əsasları, sınaq müddətində əmək müqaviləsinin pozulması şərtləri, orta əməkhaqqının hesablanması qaydaları, xidməti ezamiyyələr, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti, kollektiv müqavilələrin tərtibi, təsdiqi və belə müqavilələrdə əks etdirilməli aktual mövzular və digər praktiki əhəmiyyət kəsb edən məsələlər kitabın əsas məzmununu təşkil edir.

Qeyd edək ki, kitabı əldə edənlərə MKS portalından 1 ay ödənişsiz istifadə hədiyyə ediləcək. Portaldan istifadə olunmaqla əmək qanunvericiliyinə aid testləri həll etmək, qanunvericilik və praktiki sənəd nümunələri ilə tanış olmaq, eləcə də ən çox verilən suallarla tanışlıq imkanı mümkündür.

Sifariş üçün əlaqə telefonu: (050) 368-12-72

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
vergiler.az

1Mənbələr