AZ

Polis məmuru qəza sonrası qaçan sürücünü döydü - VİDEO

Türkiyənin Çanaqqala şəhərində mayın 11-i saat 00:30 radələrində baş verən yol qəzasından sonra hadisəni törədən sürücü avtomobili ilə ərazidən uzaqlaşıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis qrupları qısa müddətdə hadisə yerindən qaçan 2 nəfər şübhəlini tutaraq avtomobildən çıxarıb və qeyri-mütənasib güc tətbiq edərək onları döyməyə başlayıb. Küçədə baş verən hadisə mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərlə bağlı başlanmış istintaq çərçivəsində polis məmurları vəzifəsindən kənarlaşdırılıb.

Barələrində məhkəmə-inzibati istintaq başladılan polis əməkdaşlarından biri həbs edilib, digəri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
32
manset.az

10Mənbələr