AZ

BSU-da "Açıq qapı" - Yaz imtahan sessiyası keçirilib- FOTOLAR 

Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının müşahidə edilməsi məqsədilə media nümayəndələri üçün “Açıq qapı” günü keçirildi.
 
 
 İyunun 3-dən İyulun 5-dək Bakı Slavyan Universitetində “Açıq qapı” günü davam edəcəyini eşidib biz də yolumuzu buradan saldıq. 
İlk olaraq bizi BSU-nun rektoru Anar Nağıyev qarşıladı. Bizi salamlayıb universitetin təlim-tədris prosesi ilə tanış etdi. Daha sonra  rektor Anar Nağıyev jurnalistlərə rəhbərlik etdiyi ali təhsil müəssisəsində iyunun 3-də başlanan imtahan sessiyası barədə geniş məlumat verdi. Tədris prosesi ilə tanış olduqdan sonra 
 universitetin məsul şəxslərinin müşayiəti ilə Filologiya, Xarici dil müəllimliyi, Təhsil, Şərqi Avropa dilləri, Qərbi Avropa dilləri və Sosial elmlər fakültələrində imtahan sessiyasının gedişini izləyib və həmçinin tələbələrin imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olduq.
 
 
Söhbət zamanı aydın oldu ki, BSU-da 15 ixtisas üzrə 752 imtahan keçiriləcək. Ümumilikdə 3548 tələbə imtahan verəcək. İmtahanlar mərkəzləşdirilmiş qaydada bütün ixtisaslar və tədris illəri üzrə imtahan zalında təşkil olunur. İmtahanlar 3 növbəli şəkildə keçirilir və 2 saat 15 dəqiqə davam edir. İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilini, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə komissiya yaradılıb.
 
Burada 1536 bakalavr, 238 magistratur tələbələri təhsil alır. Yeni ixtisaslaşmada isə  bakalavr səviyyəsi üzrə Tərcümə (Azərbaycan dili-fransız dili)
magistratura səviyyəsi üzrə  "Media və kommunikasiya sistemləri",  "Menecment" (təhsilin təşkili və idarə olunması), (ali təhsilin təşkili və idarə olunması) ixtisasları mövcuddur. 
 
Müşahidə zamanı aydın oldu ki, Bakı Slavyan Universitetində imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi tədbirlərin görülüb. Həmçinin imtahanların tam obyektivliyinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsi məqsədilə təşkil edilən “Açıq qapı” günlərində universitetin qapılarının hər kəsə açıqdır.
 
 
Moderator.az 
Seçilən
128
moderator.az

1Mənbələr