AZ

İran ABŞ-dən 2.8 milyard dollarlıq təzminat tələb edir

İran məhkəməsi 2018-ci ildə Əhvaz şəhərində 25 nəfərin ölümü ilə nəticələnən hərbi paradda törədilən terror aktında rolu olduğu iddia edilən ABŞ-dən 2,8 milyard dollar təzminat ödəməsini istəyib.

Bakıvaxtı.az Mizan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Tehran Beynəlxalq Hüquq Məhkəməsi terror aktı qurbanlarının yaxınları da daxil olmaqla, 64 nəfərin açdığı iş üzrə ABŞ hökumətinin maddi, mənəvi və cəza təzminatının ödənilməsi barədə qərar çıxarıb.

Qərarda hücumun "Harakətü'n-Nidal əl-Ərəbiyyə" kimi tanınan separatçı təşkilat tərəfindən həyata keçirildiyi və ABŞ hökumətinin təşkilata dəstək verdiyi qeyd olunub. 

ABŞ tərəfi qərarla bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, 1999-cu ildə İranda ərəblərin çoxluq təşkil etdiyi Xuzistan əyalətinin muxtariyyətini tələb etmək üçün yaradılan "Harakətü'n-Nidal əl-Ərəbiyyə" təşkilatı 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində keçirilən hərbi parada hücumda günahlandırılıb. Hücumda 5-i hücumçu olmaqla, ümumilikdə 25 nəfər ölüb, 70 nəfər yaralanıb. Təşkilatın lideri Həbib Ferecullah Cab 2023-cü ilin mayında edam edilib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
bakivaxti.az

2Mənbələr