AZ

Müdafiə qüvvələri gecə Krımda S-300 və S-400 sistemlərini məhv etdi - USQ

Ukrayna Müdafiə Qüvvələri iyunun 12-nə keçən gecə Krımda ruslar tərəfindən ələ keçirilən S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinə uğurlu zərbələr endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Ukrayna ordusu Belbek yaxınlığında Rusiyanın bir S-300 hava hücumundan müdafiə sisteminə, həmçinin Belbek və Sevastopol yaxınlığında iki S-400-ə qrup şəklində raket zərbəsi endirib.

Bir S-300 və bir S-400-ün məhv edildiyi təsdiqlənib. Baş Qərargah əlavə edib ki, üçüncü radarla bağlı məlumatlar dəqiqləşdirilir.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
38
qaynarinfo.az

10Mənbələr