AZ

Paşinyan Ermənistan konstitusiyasını dəyişdirməkdən imtina edib

Paşinyan Ermənistan konstitusiyasına yenidən baxmaqdan rəsmən imtina edib.

Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia” yazır.

“Konstitusiyaya dəyişikliklərə gəlincə, mən hesab edirəm ki, bu məsələnin əlaqələndirilməsi, danışıqlar masasına gətirilməsinə cəhd sülh prosesinə zərbə vurur. İstisna etmirəm ki, Ermənistanın daxili işlərinə qarışmaq, Ermənistanın daxili işlərinə müdaxilə etmək üçün müəyyən meyllər var.

Mən hələ 2018-ci ildə, sonra 2019-cu ildə Konstitusiyanın dəyişdirilməsindən danışmışdım. Bizim gündəliyimiz müstəsna olaraq demokratik islahatlarla bağlıdır və biz demişdik ki, Konstitusiyanın dəyişdirilməsi danışıqların tərkib hissəsi ola bilməz”-deyə Paşinyan parlamentdə hökümət saatında deyib.

Qeyd edək ki, 1991-ci ildə qəbul edilmiş Ermənistan Konstitusiyasına Qarabağa ərazi iddiası ilə bağlı bənd salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
azpost.info

2Mənbələr