AZ

Bu müsəlman dövlətində dəhşətli yanğın: Ən azı 35 nəfər ölüb

Küveytin cənubunda, Əl-Münkif bölgəsində yaşayış binasında baş verən yanğında azı 35 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi dövlət televiziyasına bildirib.

Məlumata görə, hündürmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı 35-ə çatıb. Onlarla insan yaralanıb. Lakin bu say yekun deyil. Ehtimal olunur ki, qurbanların sayı artacaq.

Polis nümayəndəsinin sözlərinə görə, binada əsasən Asiya ölkələrindən gələn işçilər məskunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
publika.az

1Mənbələr