AZ

Avro-2024: Açılış matçının hakimləri bəlli oldu

Almaniyada keçiriləcək Avropa çempionatının açılış matçının hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, turnirin ev sahibləri ilə Şotlandiya arasında baş tutacaq görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Klemen Turpen olacaq. Ona laynsmanlar Nikolas Danos və Benjamin Peycs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fransua Leteksye yerinə yetirəcək.

Qeyd edək ki, Almaniya - Şotlandiya qarşılaşması iyunun 14-də Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
sportal.az

1Mənbələr