AZ

Ukrayna darmadağın edir: daha bir S-300 və S-400...

Gecə saatlarında Ukrayna ordusu Krıma S-300 və S-400 divizionlarının yerləşdiyi mövqelərə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

“Zərbələr nəticəsində Belbek və Sevastopol yaxınlığındakı S-300 və S-400 komplekslərinin iki radarı məhv edilib. Bundan başqa, zenit-raket divizionlarının yerləşdirildiyi ərazilərdə döyüş sursatlarının partlaması qeydə alınıb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, 9 iyunda Ukrayna ordusu Cankoy rayonunda rusların bir S-400 zenit-raket divizionuna, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket divizionuna uğurlu zərbələr endirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
38
axar.az

10Mənbələr