AZ

Kilsə Baqratdan imtina etdi: İrəvanda "keşiş şou" sona ÇATIR? - ŞƏRH

Kilsə Baqratdan imtina etdi: İrəvanda "keşiş şou" sona ÇATIR? - ŞƏRH

Erməni arxiyepiskop Mikayıl Adjapaxyan deyib ki, Ermənistanda başlayan hərəkat kilsənin deyil, Baqrat Qalstanyanın hərəkatıdır. Bu barədə mətbuatda xəbərlər yayılıb. Ermənistanın hökümətyönlü mediası bunu kilsənin Qalstanyandan imtinası kimi təqdim edib. "Baqramyan 26" Teleqram kanalı isə katalikos II Qaragenin məsuliyyətdən qaça bilməyəcəyini və artıq "Rubikonun keçildiyini" yazıb. Bununla əlaqədar artıq keşiş Baqratın İrəvandakı aksiyalarının sona çatdığını deyə bilərik?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Mikayıl Adjapaxyanın bu açıqlaması kilsənin məsuliyyətdən yayınması kimi göstərilir:

"Mikayıl Adjapaxyanın bu açıqlaması kilsənin məsuliyyətdən yayınması kimi göstərilir. Əvvəldən hakimiyyət təqdim edirdi ki, proses kilsənin hakimiyyətə qarşı fəaliyyətidir. Məhz buna görə kilsəyə müəyyən addımların atılacağı məsələsi gündəmə gəldi. Məsələn kilsənin vergiləri verməsi, kilsəyə aid olan daşınmaz əmlakın əlindən alınması məsələsi Alen Simonyan tərəfindən dilə gətirildi. Burada iki məsələ var. Birinci məsələ odur ki, kilsə keşiş Baqrat Qalstanyanın arxasında olmadığını deməyə çalışır. Bununla üzləşə biləcək təzyiqlərdən yayınmaq istəyirlər. Burada ikinci bir məqam var. İkinci məsələ odur ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat uğursuz oldu. Əgər bu hərəkat uğurlu olsaydı, müəyyən şəkildə kilsə dəstəyini davam etdirəcəkdi. Kilsədə anlayır ki, hərəkat hakimiyyəti ciddi təhlükə yarada biləcək səviyyədə deyil".

Siyasi şərhçinin sözlərinə görə, Buna görə də indidən belə açıqlamalar ilə siyasətə qarışmadıqlarını göstərərək özlərini qorumağa çalışırlar. Aksiyaların arxasında kilsə dayansa da bunu göstərməməyə cəhd edirlər:

"Bu açıqlama əsasən ona hesablanıb. Onlar 2018-ci ildə Paşinyanın küçə yürüşünü tətbiq etdilər və bu nəticə vermədi. Digər tərəfdən həmin ictimai dəstəyi qazana bilmədilər. Parlament binası blokadaya alsalar belə, bunun heç bir nəticə verməyəcəyi ortadadır. Bu məsələni parlament səviyyəsinə gətirdilər. Çoxluq Paşinyanın rəhbərlik etdiyi partiyadadır. Buna görə hökumətin buraxılması məsələsi ilə bağlı qanun layihəsi irəli sürüldü. Ermənistan qanunvericiliyinə görə, qəbul edilməli və bu mövzu müzakirəyə çıxarılmalıdır. Alen Simonyan bununla bağlı rəsmi qərar çıxardı. Ayın 17-də bununla bağlı müzakirələr ediləcək. Burada məsələnin texniki tərəfləri var. Hakim partiya faktiki olaraq həmin iclası boykot edəcək. Özləri bunu açıqlayıb. Hakim partiya orada iştirak etməyəcəyi təqdirdə kvorum təmin edilmir. Parlament sessiyasının keçirilməsi üçün kvorum lazımdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
sonxeber.az

10Mənbələr