AZ

Prezidentin köməkçisi NATO-da müzakirələr aparıb

Brüsseldə NATO+Azərbaycan Daimi Nümayəndələr Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev iştirak edib. Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə X sosial şəbəkəsində yazıb.

Mənbəyə görə, Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, regional koordinasiyada və enerji təhlükəsizliyində Azərbaycanın rolu, COP29-a hazırlıq, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə səmərəli müzakirələr aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
turan.az

1Mənbələr