AZ

Paşinyan hökumətin istefa verəcəyini AÇIQLADI – Ermənistanın baş nazirinin irəli sürdüyü tək ŞƏRT

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, yalnız xalq istəsə, hökumət istefa verəcək.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı söyləyib.

“Mən onlarla dəfələrə bəyan etmişəm ki, əgər Ermənistan xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman onlar bu dəyişikliyi həyata keçirəcək”, – deyə o, bildirib.

Paşinyan həmçinin parlament binası yaxınlığında çoxlu sayda polis qüvvələrinin və xüsusi texnikanın yığılmasını qanunvericilik orqanının normal fəaliyyətinin təmin edilməsinin zəruriliyi ilə izah edib.

Xatırladaq ki, baş nazirin bu gün parlamentə gəldiyini bilən etirazçılar Ermənistan parlamenti qarşısında aksiyalara start veriblər. Onlar Nikol Paşinyanın istefasını tələb edirlər.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
yenicag.az

1Mənbələr