AZ

Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.
Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.

***

13.50

Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
5
apa.az

10Mənbələr