AZ

Ticarət müharibəsi: Aİ Çinin elektrik avtomobillərinə ağır zərbə vurur - Bloomberg

Avropa Komissiyası Çinin elektrik avtomobil istehsalçılarına müvəqqəti tariflər tətbiq edəcək. Bu, Çin şirkətlərinin təxminən 25% əlavə vəsaitlər ödəmək prosesləri ilə üzləşməsinə səbəb olacaq. xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

"Brüsseldəki müzakirələrlə tanış olan bir şəxs rəqəmlərin hələ yekun olmadığını söylədi. Bir neçə Avropa Birliyi üzvü olan dövlətin rəsmiləri tariflərin 25%-ə qədər yüksək olacağını gözlədiklərini və bəzi şirkətlərin daha da yüksək idxal xərcləri ilə üzləşə biləcəyini söyləyib",- məqalədə yazılıb. Qeyd olunur ki, blokun icra orqanı Çinin elektriklə işləyən avtomobillərə verdiyi subsidiyalarla bağlı araşdırmaya ötən il başlayıb. Tariflərin iyulun 4-də tətbiq ediləcəyi gözlənilir.

Çin də öz növbəsində artıq kənd təsərrüfatı, aviasiya və iri mühərrikli avtomobillər sahəsində cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib.

Çinli elektrik avtomobil istehsalçıları ilə əlaqəli səhmlər Avropa Birliyinin qərarından əvvəl Honq-Konqda ucuzlaşıbmış. Bu həftə "Geely Automobile Holdings Ltd." və "Xpeng Inc." təxminən 8% çöküb, sektor lideri "BYD Co." isə təxminən 3% maliyyə itirib.

Tural 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
news365.az

1Mənbələr