“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin Artırılması” təşəbbüsü çərçivəsində faliyyətləri davam etdirir.
Mia.az xəbər verir ki, uşaq nikahları haqqında məlumatlılığı artırmaq və gender bərabərliyini təşviq etmək məqsədi ilə faliyyətə uyğun olaraq uşaq nikahları ilə bağlı divar rəsmləri İmişli rayonunun Xəlfəli, Kürdmahmudlu, Hacalmuradlı kəndlərində, Saatlı rayonunun Qaralar kəndində, Sabirabad rayonunun Yenikənd və Qruzma kəndlərində həyata keçirilmişdir.