AZ

Türkiyədə PKK terror təşkilatının 6 üzvü saxlanılıb

Türkiyənin Diyarbəkir şəhərində PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatda 6 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, saxlanılanlar arasında keçmiş bələdiyyə sədri Əhməd Kaya da var.

Məhkəməyə çıxarılan 6 şübhəli şəxs "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs edilib.

İstintaq materiallarında şübhəlilərin PKK/KCK terror təşkilatının göstərişləri əsasında təşkil edilən bir çox tədbirlərdə iştirak etmələri, terrorçuların dəfn mərasimlərində iştirak etmələri, öldürülən terrorçuların qohumlarını işə cəlb etmələri, terror təşkilatına bağlı dərnəklərə maliyyə yardımı etmələri ilə bağlı iddialar yer alıb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
e-huquq.az

1Mənbələr