AZ

SosialŞərqi Zəngəzurda iki faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73   Far.Az report-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda ilk dəfə hərrac keçirilib.   Faydalı qazıntı yataqları üzrə edilən son təkliflər ilkin qiymətdən yüksək olub.   Dövlət Mineral Xammal Ehtiyatlarının İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov bildirib ki, işğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzur regionunun iqtisadi inkişafına töhfə olacaq.   "Bu, doğma torpaqlarına geri dönən soydaşlarımızın işlə təminatı baxımından da vacib məqamdır. Faydalı qazıntı yataqlarının səmərəli istismarı azad olunmuş bölgələrimizin bərpasında və yenidən qurulmasında müstəsna əhəmiyyətə malikdir", - E. Məcidov qeyd edib.   Onun sözlərinə görə, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.   Qeyd edək ki, hərracda 4 istismarçı şirkət 10 lot üzrə rəqabət aparıb. Far.Az QALEREYA

Seçilən
80
1
far.az

2Mənbələr