AZ

Ötən ay ən çox ucuzlaşan MƏHSULLAR - SİYAHI

Azərbaycanda may ayında ərzaq qiymətlərində ümumən ucuzlaşma qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu hal həm aylıq, həm də illik müqayisədə müşahidə olunub.

 

May ayında ərzaq malları arasında daha çox ucuzlaşma isə yumurtada qeydə alınıb. Yumurtanın dəyəri bir ay ərzində 24,8 faiz enib. Apreldə 10 ədəd toyuq yumurtasının orta satış qiyməti 1,66 manat olduğu halda mayda orta qiymət 1,25 manata düşüb.

 

Mayda ən çox ucuzlaşan digər ərzaq məhsulları tərəvəzlər olub. Tərəvəzlərin ümumi qiymət səviyyəsi 3,8 faiz enib. Tərəvəzlərdən pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın və baş soğanın qiymətində daha çox enmə qeydə alınıb.

 

Dəyəri düşən ərzaq malları arasında balıq və balıq məhsulları (0,5 faiz) da olub.

 

Digər ərzaq məhsulları isə bahalaşıb. Daha çox bahalaşma mineral sular, sərinləşdirici içkilər və şirələrdə (2 faiz), meyvələrdə (1,5 faiz) baş verib. Meyvələrdən çox bahalaşma limon və almada müşahidə edilib.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
sfera.az

2Mənbələr