AZ

UEFA irad bildirdi, “Azərikimya” hərəkətə keçdi

UEFA-nın çatışmazlıqla bağlı iradından sonra Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda nöqsanları aradan qaldırmaq yönündə işlərə start verilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bunun üçün klubun əsas himayədarı  "Azərikimya" İstehsalat Birliyi tərəfindən maliyyə ayrılıb.
 
Artıq arenanın ətrafında turniketlərin quraşdırlmasına başlanılıb. Bundan başqa ali futbol qurumu fanatların oturduğu sektorun qarşısına müdafiə torunun çəkilməsini və stadionun qarşısında siqnal ötürmək üçün yeni dislokasiya nöqtəsinin olmasını istəyib. Kluba yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən qeyd olunan problemlər qısa vaxtda aradan qaldırılacaq.
 
Qeyd edək ki, "Sumqayıt" rəhbərliyi arenanın 3-cü kateqoriyaya aid olunması ilə bağlı qitə futbol qurumuna müraciət ünvanlayıb.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sport24.az

1Mənbələr