AZ

Hindistan XİN Rusiyaya TƏLƏBLƏR İRƏLİ SÜRDÜ

Hindistan Xarici İşlər Nazirliyi Moskvaya tələblər irəli sürüb.

interpress.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Ukraynadakı müharibədə iki Hindistan vətəndaşı həlak olub. İdarə Moskvadan Rusiya Silahlı Qüvvələrinə aldatma yolu ilə cəlb edilmiş bütün vətəndaşlarını geri qaytarmağı tələb edib.

Hindistanın Moskvadakı səfirliyi Rusiya hakimiyyət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə müraciət edərək, qalıqların tezliklə vətənə qaytarılmasını xahiş edib.

Hindistan Xarici İşlər Nazirliyi həmçinin Rusiyanın Yeni Dehlidəki səfirini və Moskvadakı səlahiyyətliləri Rusiya ordusunda olan bütün Hindistan vətəndaşlarını dərhal azad edib geri qaytarmağa çağırıb.

Hindistan həmçinin öz vətəndaşlarının Rusiya Silahlı Qüvvələrinə cəlb edilməsinin dayandırılmasını tələb edib və həmvətənlərini Rusiyada iş axtararkən ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, may ayında Hindistan polisi insan alveri şəbəkəsi ilə əlaqəsi olan 4 nəfəri həbs edib. Onlar Hindistan vətəndaşlarını cəlbedici iş və ya universitetlərdə yer təklifləri adı altında Rusiya Federasiyasına cəlb etməkdə şübhəli bilinirlər. Sonradan gənclər Ukraynada döyüşməyə məcbur olublar.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
interpress.az

2Mənbələr