AZ

Ronaldo dünya rekordu vurdu


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştuanu Ronaldo ən yüksək səviyyəli oyunların sayına görə dünya rekordu vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Məlumata görə, Portuqaliya və İrlandiya arasında keçirilən yoldaşlıq oyunundan sonra Ronaldonun ən yüksək səviyyədə oynadığı oyunların sayı 1226-ya çatıb. Beləliklə, bu göstəriciyə görə o, braziliyalı qapıçı Rojerio Senini (1225 oyun) geridə qoyub.
Qeyd edək ki, Portuqaliya və İrlandiya arasında keçirilən yoldaşlıq oyunu 3:0 hesabı ilə Portuqaliya yığmasının xeyrinə başa çatıb. Ronaldo bu oyunda iki dəfə fərqlənərək, qələbəyə öz imzasını atıb.
Xatırladaq ki, Ronaldo 2 yanvar 2023-cü ildə illik 200 milyon avro müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
yeniavaz.com

1Mənbələr