AZ

"Hamster Kombat" oyunu insanlara pul qazandıracaq? – AÇIQLAMA

Son zamanlarda insanlar arasında məşhurluq qazanan "Hamster Kombat" oyunu insanların ekran qarşısında xeyli vaxt xərcləməsinə səbəb olub. Oyunu oynamaq üçün ekrana mümkün qədər çox toxunaraq bonuslar qazanmaqdır. Daha sonra isə bu bonusların pula çevriləcəyi iddia edilir.

Bəs görəsən bu oyunun insanlar üzərində nə kimi zərərləri ola bilər? Oyundan həqiqətən də pul qazanmaq mümkündürmü?

Mövzu ilə bağlı Ednews-a danışan süni intellekt mütəxəssisi, ekspert Elvin Həsənov "Hamster Kombat" oyununa vaxt sərf etməyi məsləhət görmür:

"Hamster Kombat" oyunu son dövrlərdə xüsusilə gənclər arasında geniş populyarlıq qazanıb. Oyunun əsas ideyası istifadəçilərin virtual hamsterləri idarə edərək müxtəlif döyüşlərdə rəqibləri məğlub etməsidir. Oyun "Airdrop" məntiqinə əsaslanır. Zənnimcə bunu kriptovalyuta (coin) işləri ilə məşğul olanlar daha yaxşı anlayar. Mahiyyəti isə oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazanır. Əgər "Airdrop" və kriptovalyuta (coin) anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz. Hətta mən deyərdim ki, bu tip oyunlar əsasən, piramida sistemi ilə çalışır. Əgər sizin çoxlu sayda (minlərlə) referal yığmaq imkanınız yoxdursa, deməli ən az pulu siz qazanacaqsınız, yaxud da pul qazanmayaraq vaxtınızı itirəcəksiniz."

Ekspert əlavə edib ki, oyundan kimlərinsə pul qazanması mümkün ola bilər. Amma düşünürəm ki, bu rəqəm az olacaq, daha doğrusunu isə zaman göstərəcək. Oyun olaraq "Binance"in dəstəyi ilə Telegram platformasında oynanan və oyunçulara kripto pul qazanma fürsəti təklif edən oyun kimi diqqət çəkir:

“Oyun nisbətən yeni və hələ də inkişaf mərhələsində olduğundan hazırda onun etibarlılığı haqqında qəti bir şey söyləmək çətindir. Bununla belə, "Hamster Kombat" haqqında bəzi vacib məqamları nəzərdən keçirməkdə fayda vardır. Müsbət tərəfi "Binance" dəstəkli olması və pulsuz oyun imkanı yaratmasıdır. Oyuna başlamaq və pul qazanmaq üçün heç bir investisiya qoymağa ehtiyac yoxdur. Mənfi tərəfi isə odur ki, "Hamster Kombat" nisbətən yeni bir oyun olduğundan, onun uzunmüddətli uğuruna hələ zəmanət verilmir. Kriptovalyutaları əhatə edən hər hansı bir layihədə olduğu kimi, fırıldaqçılıq riski həmişə mövcuddur. 

"Hamster Kombat"ın yeni və inkişafda olması bu riski daha da artıra bilər. Ümumiyyətlə, vətəndaşlara tövsiyə olaraq deyə bilərəm ki, oyundan qazanılan tokenlərini necə istifadə edə biləcəyi və investisiya seçimləri və s. ilə bağlı istər telegram, istərsə də digər sosial media platformalarında aparılan müzakirələri izləməsində fayda vardır. Oyun haqqında ətraflı məlumat əldə etmək vacibdir."

Fərid Axund 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
ednews.net

1Mənbələr