AZ

“3-4 qəsəbədə təkcə 1 avtobus var, müraciət etmişik, deyirlər ki, yollarınız pis vəziyyətdədir” - ŞİKAYƏT + FOTO

“Qobu Park 1, Qobu Park 3 və 2 qəsəbədə təkcə 194 nömrəli avtobus fəaliyyət göstərir. Həmin avtobusun da oturacağı bərbad haldadır, qapılar pis vəziyyətdədir, vaxtlı-vaxtında gəlib-getmir. Bəzən də görürsünüz ki, avtobus yolda xarab olur. Bütün günü yollarda qalırıq. Demək olar ki, insanlar taksidən istifadə edirlər. İşə gecikən kim, mənzil başına tələsən kim. Uzun illərdir bu vəziyyət hökm sürür. Bizim problemimizi həll edən hələ ki, tapılmayıb. Qışda qar yağır, yayda hava isti olur. Yenə də əziyyəti çəkən bizik”.
 
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Xatirə Əsədova deyib. O daha sonra əlavə edib.
 
 
“3  il bundan öncə o vaxtkı Bakı Nəqliyyat Agentliyinə müraciət etmişdik. Bizə heç bir cavab verilmədi. BNA-dan təkcə onu dedilər ki, yollar pis vəziyyətdədir, Bakı Bus orada hərəkət edə bilməz. Bizim yollarımız enişli-yoxuşludur. Onu irad tutdular. Əgər yollar pis vəziyyətdədirsə aidiyyatı qurumlar gəlib düzətsinlər də. Biz onlardan nə istəyirik ki? Özümüz üçün şəxsi nəsə tələb etmirik ki?! Artıq yay fəslini yaşayırıq. Nəzərə alsaq ki, havalar da dözülməz istidir, artıq yaşamağa belə ümidimiz qalmır. Çox xahiş edirik ki, problemimizin həllinə kömək edəsiniz” deyə şikayətçi bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
moderator.az

1Mənbələr