AZ

Cümə axşamı hava haqqında

İyunun 13-də Bakıda və Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə  müsbət 20 +24, gündüz müsbət 29 + 34 dərəcə olacaq.

Ölkənin rayonları  üzrə dağlıq rayonlarda gündüz yağıntı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq və bu da dağ çaylarında selə səbəb olacaq.

Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə müsbət  18 +23, gündüz müsbət 30 + 35, dağlarda gecə  müsbət 10+15, gündüz  müsbət 15+20 dərəcə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
turan.az

1Mənbələr