AZ

Belarusdan Avropaya keçmək üçün iki min yük maşını növbə gözləyir

Belarusdan

Bakı, 12 iyun, AZƏRTAC

Belarusla Avropa İttifaqının sərhədində iki mindən çox yük avtomobilindən ibarət növbə yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təkcə Litvanın Belarusla sərhədində fəaliyyət göstərən Myadininkay və Şalçininkay keçid məntəqələrində növbə gözləyən yük maşınlarının ümumi sayı 1250-yə yaxınlaşır.

2023-cü il avqustun 18-də Litva Belarusla sərhəddəki Şumskas və Tvyaryaçyus, 2024-cü il martın 1-də isə Lavorişkes və Rayqardas sərhəd keçidlərində nəqliyyatın hərəkətini dayandırıb. Polşa Kukurıki sərhəd keçidi istisna olmaqla, yük maşınlarının digər sərhəd məntəqələrindən keçidinə icazə vermir, Terespol məntəqəsindən isə yalnız minik avtomobilləri keçə bilir. Latviya ilə sərhəddə isə yalnız Paternieki keçid məntəqəsi fəaliyyət göstərir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
azertag.az

2Mənbələr