AZ

Paşinyan parlament binasında - müxalifətə qarşı yüzlərlə polis səfərbər edilib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polis Ermənistan parlamentinin binasının mühafizəsini gücləndirməyə başlayıb.

Yayılan xəbərlərə, müxalifət Baş nazir Nikol Paşinyanın istefa verməsi tələbi ilə binanın qarşısında mitinq keçirməyi planlaşdırır.

"24News" portalının məlumatına görə, polis parlament binasına tikanlı məftil gətirib. TASS informasiya agentliyinin İrəvandakı müxbirinin məlumatına görə, parlament binasına dəbilqələri və qalxanları olan yüzlərlə polis gəlib.

Polis əsasən Demirçyan küçəsində toplaşıb - parlament binasına xidməti giriş həmin tərəfdədir.

Paşinyan özü də parlamentdədir. Bu gün parlamentdə hökumət saatı keçirilir.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
hurriyyet.az

1Mənbələr