AZ

“AFB Bank” “kiçilib” aktivlərində 40 milyon manata yaxın azalma

“AFB Bank”ın bu ilin yanvar-mart aylarında aktivlərinin həcmi 290 milyon 684 min manat olub.

Valyuta.az banka istinadən xəbər verir ki, bu, ötən ilin sonu ilə müqayisədə 39 milyon 983 min manat və ya 12,1% azdır. Ötən ilin sonunda “AFB Bank”ın aktivlərinin həcmi 330 milyon 667 min manat təşkil edib.

Bu ilin ilk üç ayında “AFB Bank”ın kredit portfeli 3 milyon 153 min manat, yaxud da 1,8% azalaraq 176 milyon 897 min manat olub. Bankın kredit portfelində istehlak kreditləri 21 milyon 163 min manat, biznes kreditləri 92 milyon 153 min manat, daşınmaz əmlak kreditləri 63 milyon 580 min manat təşkil edib.

Bundan başqa, bankın ümumi depozit portfeli 37 milyon 261 min manat və ya 22,1% azalaraq 130 milyon 995 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 19 milyon 158 min manat, yaxud da 26,2% azalaraq 54 milyon 87 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 18 milyon 102 min manat və ya 19% azalaraq 76 milyon 908 min manat təşkil edib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
valyuta.az

1Mənbələr