AZ

Türk Hava Yolları ABŞ-ın daha bir şəhərinə uçuşlara başlayıb

Türk

İstanbul, 12 iyun, Günel Karatepe, AZƏRTAC

Türk Hava Yolları (THY) ABŞ səfərlərinə Kolorado ştatının Denver şəhərini də əlavə edib. Bu, aviaşirkətin ABŞ-da 14-cü səfər məntəqəsidir.

AZƏRTAC xəbər verir ki, aviaşirkətin bununla bağlı açıqlamasında İstanbul və Denver beynəlxalq hava limanları arasında həftədə üç reyslə başlayan uçuşların iyulun 9-dan 4-nə çatdırılacağı bildirilir.

Məlumata əsasən, şirkət ilk reys üçün biletlərin qiymətləri ilə bağlı xüsusi endirim kampaniyası həyata keçirib.

Qeyd edək ki, THY-nin ABŞ-da ilk istiqaməti 1988-ci ildə Nyu-York olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
azertag.az

1Mənbələr